
BAKI, 17 aprel. TELEQRAF
Avropa Ukraynaya qoşun yeridərsə, öz əsgərlərini tabutda qəbul edəcək.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Rusiya rəsmisi mümkün addımın nəticələri barədə xəbərdarlıq edib.
“Görünür, Ukrayna rəhbərliyi Britaniya, Almaniya və Fransa ilə bu ölkələrin Ukraynaya “könüllülər koalisiyası” tərəfindən qüvvə yerləşdirməsi nəticəsində qəbul etməli olacaqları tabutların sayını müzakirə etmək üçün Parisə gəlib”, - Medvedev vurğulayıb.
Xatırladaq ki, koalisiya Almaniya, Böyük Britaniya və Fransa tərəfindən təşkil olunub. Ona yaxın ölkə koalisiyaya qoşulmağa razılıq verib. Avropa dövlətləri bir müddətdir Ukraynaya sülhməramlı kontingentin göndərilməsi məsələsini müzakirə edirlər.