
BAKI, 12 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni bitirmək üçün imkanları var, amma sülh ədalətli və davamlı olmalıdır.
Teleqraf xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.
Onun sözlərinə görə, Ukrayna üçün yeganə şans ABŞ prezidenti ilə bağlıdır, çünki müharibəni dayandırmaqda lazımi təsirə malik olan şəxsdir.
“Kim Rusiyanı müharibəni dayandırmağa məcbur edə bilər? Çox güman ki, yalnız ABŞ prezidenti... Məsələ onun bunu etməkdən ötrü kifayət qədər qətiyyətli olub-olmayacağıdır. Çünki Ukraynaya təcavüz edən Rusiya ilə qonşu Avropa üçün sülhün ədalətli və davamlı olması çox vacibdir”, - Duda vurğulayıb.