
BAKI, 11 aprel. TELEQRAF
Ukrayna ərazi itkiləri ilə barışmağa məcburdur.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Donald Tramp administrasiyası da başa düşür ki, Volodimir Zelenski ruslara qarşı düşmənçiliyinə baxmayaraq, ərazi itkilərini qəbul etməli olacaq”, - nazir bildirib.