
BAKI, 13 mart. TELEQRAF
Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə ölkənin 6 vilayətində Ukraynanın 77 pilotsuz uçan aparatını (PUA) məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurum bildirib ki, 30 PUA Bryansk vilayətində, 25-i Kaluqa vilayətində, 6-sı Kursk və Voronej vilayətlərində, 5-i Rostov və Belqorod vilayətlərində vurulub.