BAKI, 11 mart. TELEQRAF

"Rusiya Prezidenti Vladimir Putin heç bir halda heç bir güzəştə getməyəcəyi üçün Ukrayna üçün qəsdən qəbuledilməz tələblər irəli sürüb və bu, onun amerikalı həmkarı Donald Trampın sülh sazişi üçün səylərini çətinləşdirir".

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” Qərb rəsmilərinə istinadla yazır.

Qeyd olunur ki, Putin danışıqlar ərəfəsində bilərəkdən maksimalist tələblər irəli sürüb: “Rusiya lideri bilir ki, bunlar ukraynalılar və avropalılar üçün qəbuledilməzdir”.

ABŞ nəşrinin mənbələri Putinin müharibəni davam etdirməyə hazır olduğunu da deyirlər: “Putinin niyyətləri Ukrayna ilə real və davamlı sülh üzrə danışıqlarla əlaqədar ciddi yanaşmaları sual altına salır”.

Məqalədə vurğulanır ki, bu, Trampın ötən həftə Putinin sülh istədiyinə inandığını dediyi fikirlərə də ziddir.