BAKI, 20 aprel. TELEQRAF

NATO-nun baş katibi Mark Rutte 21-22 aprel tarixlərində Türkiyəyə səfər edəcək və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə hərbi alyansın mətbuat xidməti məlumat yayıb.

“NATO baş katibi Mark Rutte 21-22 aprel tarixlərində Ankaraya səfər edəcək. Səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər Hakan Fidan və müdafiə naziri Yaşar Gülərlə görüşəcək, həmçinin hərbi-sənaye müəssisəsini ziyarət edəcək. Mətbuat üçün brifinq planlaşdırılmayıb”, - məlumatda bildirilib.

Xarici liderlərin Brüsseldə yerləşən NATO qərargahına səfərləri zamanı mətbuatla görüşün olmaması tez-tez rast gəlinən hal olsa da, NATO baş katibinin xarici səfərləri zamanı bu cür vəziyyət çox nadir hallarda baş verir.