BAKI, 15 fevral. TELEQRAF

Qərb Rusiya Prezidenti Vladimir Putindən ölkəsindən ABŞ və Avropa investorlarının maraqları üçün istifadə olunmasına imkan vermədiyinə görə qisas almağa çalışır.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Baş nazir qeyd edib ki, 1990-cı illərdə Qərb ölkələri Rusiyaya sərmayə qoymağa başlayıblar və Rusiya iqtisadiyyatı və ərazilərini, xammal, enerji resurslarını qlobal iqtisadiyyata inteqrasiya etməyə imkan verəcək açarı tapdıqlarına inanıblar:

“Külli miqdarda pul əldə edirdilər, amma Rusiya bundan məmnun olmadı, sonra hər şey dəyişdi. Dostlar, qlobal iqtisadiyyata inteqrasiya Rusiyanın maraqlarına uyğun deyil. Çox şey dayandırıldı, nəticədə bir çox amerikalı və avropalı investorlar itkilərə məruz qaldılar”.

Orban qeyd edib ki, Putin bunun qarşısını aldığı üçün indi Qərb ondan qisas almağa çalışır.