BAKI, 10 fevral. TELEQRAF

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında PUA-ların 6 bölgədə zərərsizləşdirildiyi deyilir.