BAKI, 5 avqust. TELEQRAF
Rusiyanın Belqorod vilayətinin qubernatoru Aleksandr Şuvayev Prezident Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin hücum taktikasındakı dəyişiklik barədə məlumat verib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Vilayət rəhbərinin sözlərinə görə, son iki həftə ərzində Ukraynadan sərhəd bölgəsinin atəşə tutulması halları artıb.
“Mən təhlükəsizlik məsələlərinə fokuslanmışam, bu, mənim əsas prioritetimdir. Son iki həftə ərzində hücumlar və atəşlər intensivləşib”, - Şuvayev bildirib.
Belqorod qubernatoru ilə görüşdə Putin sakinlərin təhlükəsizliyini prioritet adlandırıb.