BAKI, 29 iyul. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumunu “terror aktı” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, yerli mediaya bildirib.
“Bu, əsl terror hücumudur. Qlobal təcrübə baxımından, bu, yenidən canlanan dəniz quldurluğu təcrübəsindən qaynaqlanan terror aktıdır”, - o bildirib.
Xatırladaq ki, Ukrayna Xəzər dənizində Rusiyaya silah-sursat daşıdığını bildirdiyi İran hərbi gəmisini vurub. Tehran bundan sonra bəyan edib ki, hücum nəticəsində bir dənizçi həlak olub, biri isə yaralanıb. Tehran gəmiyə hücumu “təcavüz aktı” adlandıraraq, buna cavab verəcəyini bəyan edib. Ukrayna Prezidenti Volodimir Zelenski İranın mümkün addımlarına hazır olduqlarını açıqlayıb.