BAKI, 24 iyul. TELEQRAF
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.
Dövlət başçısı təbrik məktubunda qeyd edib ki, Şavkat Mirziyoyevin yürütdüyü siyasət sayəsində Özbəkistan ardıcıl olaraq inkişaf edir və beynəlxalq nüfuzunu möhkəmləndirir. Türkmənistan Prezidenti həmçinin Özbəkistan liderinin iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin və strateji tərəfdaşlığın inkişafına verdiyi şəxsi töhfəni yüksək qiymətləndirib.
Sərdar Berdiməhəmmədov Türkmənistan və Özbəkistan xalqları arasında ortaq tarixi, mədəni və mənəvi dəyərlərə əsaslanan münasibətlərin qardaşlıq nümunəsi olduğunu və hər iki ölkənin rifahı naminə möhkəmlənməyə davam edəcəyini vurğulayıb.