BAKI, 24 iyul. TELEQRAF
Qazaxıstanın Baş naziri Oljas Bektenov və özbəkistanlı həmkarı Abdulla Aripovla "Aktau Beynəlxalq Dəniz Ticarət Limanı"nın fəaliyyəti ilə tanış olub.
Teleqraf Qazaxıstan KİV-inə istinadla xəbər verir ki, tərəflər görüş zamanı Orta dəhliz vasitəsilə yükdaşımaların həcminin artırılması perspektivlərini və ölkələr arasında tranzit rəqabətliliyinin gücləndirilməsini müzakirə ediblər.
Özbəkistanın Aktau və Kurık limanları vasitəsilə daşıdığı yüklərin həcmi ötən il 60 faizdən çox artıb. Qazaxıstan hökumət başçısının sözlərinə görə, ölkəsi Özbəkistan mallarının bu limanlar üzərindən ixracını daha da genişləndirməyə hazırdır.
Danışıqların yekununda hər iki ölkənin dəmir yolu qurumlarına daşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq konkret tədbirlər planının hazırlanması tapşırılıb.