BAKI, 20 iyul. TELEQRAF
Cənubi Koreya Xarici İşlər Nazirliyi Yaxın Şərq regionunda qısamüddətli səfərdə olan öz vətəndaşlarına bölgəni dərhal tərk etmələri barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Qeyd edək ki, regionda vəziyyət ABŞ və İran arasında artıq bir həftədən çoxdur davam edən silahlı toqquşmalar səbəbindən kritik həddə çatıb.
İyun ayında əldə olunmuş və müharibəni dayandırmalı olan ilkin sülh sazişinin pozulması, həmçinin Hörmüz boğazında gəmiçilik üçün tətbiq edilən məhdudiyyətlər bölgədəki təhlükəsizlik risklərini daha da artırıb.