BAKI, 10 iyul. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevın imzaladığı sərəncamlarla ölkənin bir sıra dövlətlərdəki diplomatik missiyalarının rəhbərləri vəzifələrindən azad ediliblər.
Teleqraf xəbər verir ki, bu barədə "Akorda" məlumat yayıb.
Bildirilib ki, Rapil Joşıbayev Qazaxıstanın Qırğızıstandakı, Arman İsaqaliyev Qətərdəki, Abzal Saparbekuly Macarıstandakı, Madi Atamqulov isə Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıblar.