BAKI, 2 iyul. TELEQRAF
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 2028-ci il üçün nəzərdə tutulan iki təşəbbüsü Qırğızıstan hökumətinə təqdim etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə TÜRKSOY-un baş katibi Sultan Rayev bildirib.
Birinci təşəbbüs qırğız yazıçının anadan olmasının 100 illiyi şərəfinə 2028-ci ilin türk dünyasında Çingiz Aytmatov ili elan edilməsini nəzərdə tutur.
İkinci təklif Qırğızıstanın Talas şəhərinin 2028-ci ildə türk dünyasının mədəniyyət paytaxtı statusunun verilməsi ilə bağlıdır.
TÜRKSOY Katibliyi müvafiq təklifləri rəsmi olaraq Qırğızıstan hökumətinə təqdim etməyi planlaşdırır.