BAKI, 30 iyun. TELEQRAF

Hindistanın dövlət neft emalı zavodları İran müharibəsinin tədarükdə yaratdığı şokdan sonra Yaxın Şərqdən enerji asılılığını azaltmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu məqsədlə spot-bazar alışları da daxil olmaqla alternativ variantlara daha çox üstünlük veriləcək.

Emalçılar Yaxın Şərq istehsalçılarından uzunmüddətli müqavilələr əsasında həcmi azaltmağa çalışırlar.