BAKI, 29 iyun. TELEQRAF
İndoneziyanın parlament nümayəndə heyəti rəsmi səfərlə Özbəkistana gəlib.
Teleqraf Özbəkistan mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Qanunvericilik Palatasının spikeri Nuriddin İsmayılovla görüşləri planlaşdırılır.
Proqrama əsasən, qonaqlar dini mərkəzləri ziyarət edəcək, ticarət-iqtisadi əməkdaşlıq üzrə tədbirlərdə iştirak edəcəklər.
Bundan əlavə, nümayəndə heyəti Buxara və Səmərqənd vilayətlərinin mədəni, sənaye və turizm potensialı ilə tanış olacaq.