BAKI, 24 iyun. TELEQRAF

Bir neçə Avropa İttifaqı (Aİ) sığınacaq almaq hüququndan məhrum edilmiş miqrantlar üçün Ruanda və Özbəkistanda mərkəzlər yaratmağı nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

Təşəbbüs Avstriya, Yunanıstan, Almaniya, Danimarka və Niderland tərəfindən dəstəklənib. Yunanıstan Baş naziri Kiriakos Mitsotakisin sözlərinə görə, Aİ-nin məqsədi bu mərkəzlərin yaradılması üçün ilk razılaşmaları 2026-cı ildə bağlamaq, 2027-ci ildə fəaliyyətə başlamasıdır.

Bir diplomat isə bildirib ki, Brüssel hələlik bu cür mərkəzlərin yaradılacağı ölkələri müəyyən etməyib. Miqrantların Uqandaya göndərilməsi ilə bağlı müzakirələr aparılır. Bundan əlavə, Misir və Liviya Aİ-yə yaxın olduqları üçün müzakirələrdən kənarlaşdırılıb.

Fransa və İspaniya bu təşəbbüsə qarşı çıxır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü isə Aİ-nin populist ritorikanın və miqrantlarla bağlı alternativ faktların qurbanı olduğunu bildirib.