BAKI, 20 iyun. TELEQRAF

Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri təxminən 9,6 min hərbçinin iştirakı ilə genişmiqyaslı “Resolute Dragon” hərbi təlimlərinə başlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.

Təlimlərin əsas məqsədi Yaponiyanın cənub-qərb adalarının müdafiəsi üzrə fəaliyyətlərin və gəmi əleyhinə raket komplekslərinin yerləşdirilməsinə hazırlığın məşq edilməsidir.

Yaponiya Silahlı Qüvvələrinin Qərb Komandanlığının rəisi general-leytenant Seydsi Toriumi bildirib ki, müdafiə imkanlarının nümayiş etdirilməsi Hind-Sakit okean regionunda sülh və sabitlik üçün son dərəcə vacibdir.