BAKI, 15 iyun. TELEQRAF

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Özbəkistana rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.

F.V.Ştaynmayer xanımı ilə birlikdə iyunun 17-18-də Özbəkistan rəhbərinin dəvəti ilə bu ölkədə səfərdə olacaq.

Səfər çərçivəsində iki dövlət başçısının dar və geniş tərkibdə danışıqları planlaşdırılır. Görüşlərdə ticarət, sənaye kooperasiyası, energetika, "yaşıl" texnologiyalar və digər sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Həmçinin bir sıra yeni birgə layihə və proqramların işə salınması, Özbəkistan ilə Almaniya arasında əməkdaşlığın inkişafına əlavə təkan verəcək sənədlər paketinin imzalanması nəzərdə tutulur.