BAKI, 10 iyun. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 11-13 iyun tarixlərində Qırğızıstanın paytaxtı Bişkekə rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bu, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bəri Gürcüstan hökumət başçısının Qırğızıstana reallaşacaq ilk rəsmi səfəri olacaq.