BAKI, 10 iyun. TELEQRAF
Qırğızıstan gələn ildən Avropaya birbaşa aviareyslərə başlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Qırğızıstan Hava Limanları" ASC məlumat yayıb.
Bildirilib ki, hazırda Milan, Berlin, Brüssel, Paris və London şəhərlərinə uçuşların təşkili müzakirə olunur.
Bu məqsədlə iki ədəd uzaqməsafəli "Airbus A321" təyyarəsi alınacaq. Hava gəmilərinin satınalınmasına dair müqavilə artıq imzalanıb və laynerlər 2027-ci ilin martında ölkəyə gətiriləcək.
Qeyd edək ki, bundan əvvəl Qırğızıstan Avropa İttifaqının uçuş təhlükəsizliyi üzrə "qara siyahı"sından çıxarılıb.