BAKI, 26 may. TELEQRAF
Qazaxıstan Özbəkistana neft və neft məhsullarının ixracı imkanlarını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov məlumat verib.
Nazir bildirib ki, Astana Rusiya neft və qazını Özbəkistana tranzit etməklə yanaşı, qonşu ölkəyə öz xam nefti və neft məhsullarını da tədarük etməyə hazırdır.
Tərəflər həmçinin neft-kimya və neft emalı müəssisələrinin modernləşdirilməsi üzrə birgə layihələri nəzərdən keçirirlər.
Özbəkistanda enerji resurslarına tələbatın artdığı bildirilir. Ölkənin Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin birinci rübündə neft və neft məhsullarının idxalı 42,2 faiz artaraq 449,1 milyon dollara çatıb.
Eyni dövrdə benzin idxalı iki dəfədən çox artaraq 428,2 milyon, dizel idxalı isə 38 faiz artaraq 125,5 min tona çatıb.