BAKI, 22 may. TELEQRAF

“ABŞ ilə İran arasında davam edən danışıqlarda fikir ayrılıqlarını azaltmaq asan deyil, çünki hər iki tərəfin yüksək tələbləri var”.

Teleqraf xəbər verir ki, bunu “Al Arabiya”ya Pakistan rəsmisi deyib.

Rəsmi əlavə edib ki, ABŞ və İran uranla bağlı mövqelərində israrlıdır:

“ABŞ Tehranın uran ehtiyatlarını təhvil almaq, İran isə vermək istəmir. Danışıqların əsas mövzusu lap əvvəldən uran olub və bu məsələ danışıqların diqqət mərkəzində qalmaqdadır”.

Mənbəyə görə, ABŞ və İran arasında müvəqqəti razılaşma atəşkəsin uzadılmasını təmin edə bilər.