BAKI, 19 may. TELEQRAF
Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putin barədə sonda Ukraynadakı müharibədən peşman olacağını deməyib.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Syakun brifinqdə bildirib.
Diplomat məsələ ilə bağlı suala cavab olaraq qeyd edib: “Sizin təqdim etdiyiniz məlumat faktlarla ziddiyyət təşkil edir, tamamilə uydurmadır”.
“Financial Times” bundan əvvəl mənbələrə istinadla yazmışdı ki, Si Cinpin Pekində ABŞ Prezidenti Donald Trampla görüşündə Vladimir Putinin Ukraynada müharibəyə başlamaq qərarından sonda peşman ola biləcəyini bəyan edib.