BAKI, 18 may. TELEQRAF

Bişkekdə “Oljas Süleymenov - diplomat və görkəmli müasir dövlət və ictimai xadim” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

Teleqraf xəbər verir ki, tədbir qazaxıstanlı yazıçının anadan olmasının 90-cı ildönümü ilə eyni vaxta təsadüf edib.

Tədbirdə çıxış edən Qırğızıstanın Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun prezidenti Askar Aytmatov dəyirmi masanın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, Oljas Süleymenov və Çingiz Aytmatovun eyni dövrdə yaşadıqlarını, Qırğızıstan və Qazaxıstan, eləcə də SSRİ-nin ən görkəmli ziyalılarından olduqlarını vurğulayıb.

Askar Aytmatov çıxışında Oljas Süleymenovu ədəbiyyat üzrə Nobel mükafatına namizədliyinin irəli sürülməsini təklif edib.