BAKI, 12 may. TELEQRAF
Çin hakimiyyəti ABŞ-nin Tayvan adasına silah tədarük etməsini qəbuledilməz hesab edir və bu məsələdə Pekinin mövqeyi dəyişməz olaraq qalır.
Teleqraf xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakun brifinq zamanı bildirib.
XİN rəsmisi Tayvan adasına silah tədarükü məsələsində Pekinin ardıcıl və aydın mövqe tutduğunu vurğulayıb:
"ABŞ liderinin Çinə gözlənilən səfəri çərçivəsində iki dövlətin başçıları ikitərəfli münasibətlər, eləcə də qlobal sülh və inkişafa dair mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparacaqlar".