BAKI, 29 aprel. TELEQRAF

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş rəisi Kamçıbek Taşiyev barəsində cinayət işi açılıb.

Teleqraf xəbər verir ki, bu barədə onun özü məlumat verib.

“Mənə qarşı qaldırılan cinayət işi ilə əlaqədar yazıram. Bu səhər bu barədə xəbər almışam, bir çox insan narahatlıqlarını bildirib”, - Taşiyev sosial mediada yazıb.

Təhlükəsizlik xidmətinin keçmiş rəhbəri günahsız olduğunu bildirib.