BAKI, 28 aprel. TELEQRAF

“Rusiya Mərkəzi Asiyada qeyri-regional dövlətlərin hərbi mövcudluğunu qəbuledilməz hesab edir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya müdafiə naziri Andrey Belousov Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının iclasında deyib.

“Qeyri-regional dövlətlərin Mərkəzi Asiyada hərbi mövcudluq yaratmaq və logistik dəstək göstərmək cəhdlərini yaxından izləyirik. Bunu qəbuledilməz hesab edirik”, - o bildirib.