BAKI, 28 aprel. TELEQRAF

Rusiya Tacikistan ordusunu müasir silahlarla təchiz edir, döyüş təcrübəsini bölüşür və qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlıdır.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov Bişkekdə tacikistanlı həmkarı Şerali Mirzo ilə görüşündə bildirib.

Andrey Belousov müdafiə sahəsindəki tərəfdaşlığın strateji əhəmiyyətini xüsusi vurğulayıb:

"Biz müdafiə sahəsində əməkdaşlığı Mərkəzi Asiyada təhlükəsizlik və sabitliyin təmin olunmasında əsas faktor kimi nəzərdən keçiririk".