BAKI, 28 aprel. TELEQRAF
Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə qurumları arasında birgə təlimlər, təcrübə mübadiləsi və koordinasiyanın gücləndirilməsi də daxil olmaqla, müdafiə sahəsində qarşılıqlı fəaliyyətin inkişafına xüsusi əhəmiyyət verir.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri ilə görüşündə deyib.
Dövlət başçısı əminliyini bildirib ki, nazirlərin bugünkü görüşü ŞƏT məkanında müdafiə sahəsində əməkdaşlığı və təhlükəsizliyi daha da möhkəmləndirəcək.