BAKI, 21 aprel. TELEQRAF
Özbəkistan Prezident Administrasiyasının (PA) rəhbəri Səidə Mirziyoyeva Səmərqənddə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktorunun müavini Bo Matiassen ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə narkotik qaçaqmalçılığı, mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq və korrupsiya ilə mübarizə sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
Tərəflər qeyd ediblər ki, Özbəkistanın BMT-nin Cinayətkarlıqla Mübarizə və Cinayət Ədaləti Komissiyasına seçilməsi praktiki əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar açır.