BAKI, 21 aprel. TELEQRAF

Qırğızıstan daxili işlər naziri Ulan Niyazbekov Səmərqənddə ABŞ Dövlət Departamentinin Beynəlxalq Narkotiklər və Hüquq-Mühafizə orqanları ilə iş üzrə Bürosunun Avropa və Asiya proqramlarının direktoru Mark Tervakoski ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş transmilli narkotik təhdidlərinə qarşı mübarizə üzrə beynəlxalq forum çərçivəsində baş tutub.

Tərəflər insan alveri, narkotik qaçaqmalçılığı, ictimai təhlükəsizlik və transmilli təhdidlərə qarşı mübarizə sahələrində gələcək əməkdaşlığı müzakirə ediblər.

Müzakirə zamanı həmçinin rəqəmsal kriminalistika sahəsində birgə layihələrin hazırlanması, kibercinayətkarlıqla mübarizə və hüquq-mühafizə orqanlarının potensialının gücləndirilməsi məsələləri də müzakirə olunub.