BAKI, 20 aprel. TELEQRAF
Özbəkistan və Ruanda xarici işlər nazirləri arasında Birgə Kommünikenin imzalanması ilə Daşkəndin diplomatik münasibətlər qurduğu ölkələrin sayı 167-yə çatıb.
Teleqraf xəbər verir ki, Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidov və Ruanda xarici işlər naziri Olivye Ndxunqirexe arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb.
Özbəkistan xarici işlər naziri bildirib ki, bu sənəd iki ölkə arasında rəsmi diplomatik münasibətlərin yolunu açır. Həmçinin iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin tətbiqi üçün Anlaşma Memorandumu imzalanıb.
Qeyd olunub ki, bu sazişlər Özbəkistanın Afrika ölkələri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.