BAKI, 17 aprel. TELEQRAF
“Nüvə silahları və texnologiyalarının yayılması məsələsi ABŞ-İran münaqişəsinin həlli prosesində əsas mövzu olmalıdır, amma dünya bunun əvəzinə Hörmüz boğazında naviqasiya azadlığını müzakirə etməyə başlayıb”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Tokayev Antalya Diplomatiya Forumundakı çıxışında bölgədə baş verənlərə daha diqqətli olmağı tövsiyə edib:
“Məsələn, hamı İrandan danışır. Əlbəttə, orada ciddi vəziyyət yaranıb. Bu barədə şərh vermək çətindir. Qazaxıstan Körfəz ölkələri ilə həmrəylik ifadə edib. Bütün dövlətləri strateji təmkin göstərməyə və hərbi əməliyyatları dayandırmağa çağırdıq. Hər kəs bu münaqişənin mənfi nəticələrini hiss edir. İlk növbədə iqtisadiyyatlar çox zərər görüb. Bu gün hər kəs gəmilərin Hörmüz boğazından sərbəst hərəkətindən danışır”.
Prezident qeyd etdi ki, münaqişədən əvvəl boğazın sərbəst ticarət üçün açıq olduğunu nəzərə almaq vacibdir:
“Əsas məsələsi nüvə texnologiyalarının və silahlarının yayılması ilə bağlıdır. Bu məsələ danışıqların əsas mövzusu olmalıdır. Amma bu gün diqqətimizi qlobal ticarət məsələlərini müzakirə etməyə yönəltmişik. Hər şeyə baxmayaraq, qlobal ticarət artır, bu baxımdan, vəziyyət o qədər də pis deyil”.