BAKI, 10 aprel. TELEQRAF

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstana səfər edəcək.

Teleqraf xəbər verir ki, səfər aprelin 21-23-nə planlaşdırılıb.

Armen Qriqoryan müşavirləri Tatevik Petrosyan və Sevak Qahramanyanla Afinada keçiriləcək Delfi İqtisadi Forumunda iştirak edəcək.