BAKI, 9 aprel. TELEQRAF

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov və Pakistan xarici işlər naziri İshaq Dar telefonla regiondakı vəziyyəti müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin rəhbəri Teleqram kanalında yazıb.

“Özbəkistanın Pakistan rəhbərliyinin səylərini yüksək qiymətləndirdiyini bir daha təsdiqlədik və İslamabadın sülh və sabitliyin təmin edilməsi üçün təşəbbüsünü, o cümlədən (ABŞ və İran arasında – red.) iki həftəlik atəşkəsə nail olmaq səylərinə tam dəstəyimizi ifadə etdik.

Ümid edirik ki, davam edən diplomatik dialoq və konstruktiv səylər region və onun hüdudlarından kənarda davamlı sülhün təmin olunmasına xidmət edəcək”, - Saidov vurğulayıb.