BAKI, 8 aprel. TELEQRAF
Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev aprelin 8-9-da Ermənistana rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətinə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev də daxildir.
Aprelin 9-da Ermənistan Xarici İşlər Nazirliyində xarici işlər nazirlərinin qapalı, daha sonra isə geniş tərkibli görüşü keçiriləcək.