BAKI, 7 aprel. TELEQRAF

Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub. Söhbət zamanı ölkələr arasında münasibətlərin dərinləşməsi və yüksək səviyyəli səfərlərin əhəmiyyətinə toxunulub.

İki ölkə arasında ticari-iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Tərəflər Orta Dəhlizin inkişafında Gürcüstan və Qazaxıstan arasında əməkdaşlığı vurğulayıb.

Görüşün sonunda xarici işlər nazirləri Gürcüstan və Qazaxıstan Xarici İşlər nazirlikləri arasında 2026-2027-ci illər üçün əməkdaşlıq proqramını imzalayıblar.