BAKI, 1 aprel. TELEQRAF
Qazaxıstanın tələbi ilə Gürcüstanda beynəlxalq axtarışda olan beş nəfər saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
“İkitərəfli əməkdaşlıq nəticəsində Gürcüstan tərəfi Qazaxıstanın tələbi ilə beynəlxalq axtarışda olan beş nəfəri saxlayıb. Onlardan dördü dələduzluq cinayətlərinə, biri isə narkotik qaçaqmalçılığına görə axtarışda olub”, - məlumatda bildirilib.