BAKI, 29 mart. TELEQRAF

İranın İsfahan Texnologiya Universiteti ABŞ və İsrailin hava hücumlarına məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində universitet binalarına ziyan dəyib, ən azı dörd əməkdaş yaralanıb.

Xatırladaq ki, bu, eskalasiya başlayandan bəri universitetə ​​edilən ikinci hücumdur.