BAKI, 29 mart. TELEQRAF
Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri ABŞ-İsrail müharibəsinin gərginliyini azaltmaq məqsədilə İslamabadda bir araya gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Bildirilib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsinin 30-cu günündə əsas regional güclər Yaxın Şərqdə qlobal enerji böhranına səbəb olan hücumları azaltmaq üçün Pakistanın paytaxtı İslamabadda toplaşıblar.
Münaqişənin təsiri ilə bağlı artan narahatlıqlar fonunda Misir xarici işlər naziri Bədr Əbdüllətti, Türkiyə xarici işlər naziri Hakan Fidan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud Pakistan Baş nazirinin müavini İshaq Dar ilə danışıqlar aparıblar.