BAKI, 17 mart. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov digər ölkələrə göstərilən beynəlxalq və humanitar yardımların əlaqələndirilməsi üçün komissiyanın yaradılması haqqında fərman imzalayıb.

Teleqraf xəbər verir ki, sənəd əsasında komissiyanın əsasnaməsi təsdiq edilib, tərkibi müəyyən olunub.

Komissiya vahid yanaşmanı təmin etmək və prosesi sadələşdirmək məqsədilə Qırğızıstan adından beynəlxalq və humanitar yardımların göstərilməsini əlaqələndirəcək.

Fərman “Beynəlxalq təcili yardım haqqında” Qanunla əhatə olunmayan yardım hallarına şamil edilir.

Fərman yeddi gün ərzində qüvvəyə minəcək.