BAKI, 12 mart. TELEQRAF
Qırğızıstan Joqorku Keneşi (Parlament) Mərkəzi Seçki Komissiyası üzvlərinin sayının azaldılması təşəbbüsünü təsdiqləyib.
Teleqraf xəbər verir ki, qərar bu gün parlamentin iclasında “Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiya haqqında” Konstitusiya qanunu layihəsinə düzəlişlərin birinci oxunuşu zamanı qəbul edilib.
Qanun layihəsində Mərkəzi Seçki Komissiyasının tərkibinin 12 üzvdən 7-yə endirilməsi nəzərdə tutulur.