BAKI, 11 mart. TELEQRAF
“Korrupsiyaya qarşı mübarizədə hətta yaxın qohumlarımı belə bağışlamayacağam”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadir Japarov bu gün parlamentin iclasında deyib.
Dövlət başçısının sözlərinə görə, nə olur-olsun, korrupsiyaya qarşı mübarizə davam edəcək:
“Heç kimə aman verilməyəcək. Hətta öz qardaşım olsa belə, güzəştə getməyəcəyəm. Amma qardaşlarım və övladlarım dövlət qulluğunda işləmirlər, ona görə də rahatam.
Korrupsioner məmur qatildən daha təhlükəlidir. Qatil bir nəfəri öldürür, amma korrupsioner məmur bütün dövləti məhv edir. Buna görə də sizdən xahiş edirəm: korrupsiya ilə mübarizədə bizə kömək edin. Hakimiyyətdə olanlar arasında oğurluq və ya korrupsiya görsəniz, bu barədə kürsüdən açıq danışın. Bu, mənə kömək edəcək. Heç kimdən qorxmayın, mən sizin yanınızda dayanacağam və sizi qoruyacağam”.