BAKI, 9 mart. TELEQRAF
Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Finlandiya xarici işlər naziri Elina Valtonenlə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Öbəkistan-Finlandiya əməkdaşlığının müsbət dinamikası və perspektivli imkanları müzakirə edilib. Xüsusilə iqtisadi və investisiya tərəfdaşlığının genişləndirilməsinə diqqət yetirilib.
Müzakirələr regional proseslər və beynəlxalq platformalar çərçivəsində sıx koordinasiyanın davam etdirilməsini də əhatə edib.