BAKI, 5 mart. TELEQRAF
Türkmənistan Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı ordu generalı Sərdar Berdiməhəmmədov Dövlət Təhlükəsizlik Şurasının iclasını keçirib.
Teleqraf xəbər verir ki, iclasda hərbi və hüquq-mühafizə orqanlarının yanvar-fevral ayları üzrə fəaliyyəti müzakirə olunub.
İştirakçılar təhlükəsizlik məsələləri, hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətlərinin təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
İclasda bildirilib ki, Türkmənistanın müdafiə xarakterli Hərbi Doktrinasına uyğun olaraq, təhlükəsizlik və ərazi bütövlüyünün təmin edilməsi və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, eləcə də hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.