BAKI, 4 mart. TELEQRAF
Türkmənistan 16 ölkədən 200-dən çox insanın İrandan təxliyəsinə kömək edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Martın 4-nə olan məlumata görə, Mərkəzi Asiya dövlətləri, Çin, Rusiya, ABŞ, Finlandiya, İsveç, Hollandiya, Almaniya, Türkiyə, Səudiyyə Ərəbistanı və digərləri də daxil olmaqla, 16 ölkədən 200-dən çox insan qonşu İrandan Türkmənistana daxil olub.