BAKI, 26 fevral. TELEQRAF
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident Kasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstana rəsmi səfərə gəlib.
Teleqraf xəbər verir ki, Serbiya Prezidentini hava limanında Baş nazir Oljas Bektenov qarşılayıb.
Aleksandr Vuçiçin Qazaxıstana rəsmi səfəri çərçivəsində tərəflər arasında siyasi dialoqun daha da gücləndirilməsi, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi və mədəni-humanitar qarşılıqlı fəaliyyətlə bağlı yüksək səviyyəli danışıqların aparılması planlaşdırılır.