BAKI, 24 fevral. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə rəsmi səfərdə olan Belarus Baş naziri Aleksandr Turçini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Görüşdə yüksək səviyyəli razılaşmaların həyata keçirilməsi çərçivəsində Özbəkistan və Belarus arasında çoxşaxəli tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı təcili məsələlər müzakirə olunub.

Ticari-iqtisadi əməkdaşlığın yüksək səviyyəyə çatdığı bildirilib. Ötən il ticarət dövriyyəsi 25 faiz artaraq təxminən 1 milyard dollara çatıb. Prioritet sektorlarda aparıcı şirkətlər arasında əməkdaşlıq genişlənir.

Regionlararası əlaqələr və mədəni-humanitar mübadilələrin intensivləşdirilməsinin zəruriliyi də vurğulanıb.